10 minlərlə yeni iş yeri YARADILACAQ – Qarabağ iqtisadiyyatımızın neçə faizini formalaşdıracaq?

Hazırda oxunan: 10 minlərlə yeni iş yeri YARADILACAQ – Qarabağ iqtisadiyyatımızın neçə faizini formalaşdıracaq?

34291

Xəbər verildiyi kimi Füzuli Beynəlxalq Hava Limanında çalışacaq işçilərin seçimi ilə bağlı artıq vakansiya elan olunub. Hava limanının inşaatında isə 500 Azərbaycan vətəndaşı çalışır. 

Bizim.Media xəbər verir ki, məsələni şərh edən iqtisadçı-deputat Vüqar Bayramov Füzuli, Cəbrayıl və Zəngilana səfərləri zamanı digər infrastruktur layihələrinin də intensiv həyata keçirildiyinin şahidi olduğunu qeyd edib:
 

MÖVZU İLƏ BAĞLI:

AZAL Füzulidə ilk iş yerləri açır - FOTO


“Həmin layihələrdə çalışanların böyük əksəriyyəti Azərbaycan vətəndaşlarıdır. Növbəti mərhələdə Azərbaycan iqtisadiyyatının drayverinə çevriləcək Qarabağ məşğulluğun təmin olunmasında da xüsusi rola malik olacaq.

Məskunlaşma prosesi ilə yanaşı yeni iş yerlərinin yaradılması da əsas prioritetlərdəndir. Artıq rayonlar üzrə müqayisəli üstünlüyə malik olan sektorların qiymətləndirilməsi aparılır. 
 

İşğaldan azad olunmuş ərazilərimizdə bərpa və yenidənqurma mərhələsindən sonra Azərbaycan iqtisadiyyatının ən azı 8 faizini formalaşdırmaq potensialına malikdir.


Bu illik 5 milyard manatdan artıq yeni dəyərin formalaşması anlamına gəlir ki, yaxın illərdə Qarabağda 10 minlərlə yeni iş yerinin yaradılacağı deməkdir”, deyə iqtisadçı əlavə edib.

Alçina Amilqızı, Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin