Daha bir qrup Şuşa sakini avqustun 26-da doğma şəhərini görmək imkanı qazanıb.
Bizim.Media xəbər verir ki, 52 sakinin səfəri Birinci vitse-prezident Mehriban Əliyevanın ad gününə təsadüf edib və bu münasibətlə sakinlər sülh rəmzi olan göyərçinləri səmaya buraxıb, Birinci vitse-prezidentə öz xoş arzularını çatdırıblar.
MÖVZU İLƏ BAĞLI:
Xeyirxahlığa həsr olunmuş ömür – Mehriban xanım Əliyeva
Xatırladaq ki, 19 avqustdan etibarən Prezidentin Şuşa rayonunda xüsusi nümayəndəliyi və Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinin təşkilatçılığı ilə 100-dən çox şəhər sakini öz doğma yurduna səfər edib.
Səfərlərin mütəmadi təşkil olunması nəzərdə tutulub.
Bizim.Media