Xeyirxahlığa həsr olunmuş ömür – Mehriban xanım Əliyeva

Hazırda oxunan: Xeyirxahlığa həsr olunmuş ömür – Mehriban xanım Əliyeva

34264

Avqustun 26-sı Azərbaycan Respublikasının birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın doğum günüdür.

Bu gün uzun illər ərzində Mehriban xanım Əliyevanın təşəbbüsü ilə ölkə xaricində və daxilində həyata keçirilən xeyriyyə tədbirləri, yardımlar və müxtəlif mədəni layihələrin məqsədi qələbənin fonunda daha aydın şəkildə görünür.

Mehriban xanım Əliyeva Azərbaycan mədəniyyətinin dünyada tanıdılması və mədəniyyətlərarası dialoqun formalaşdırılması istiqamətində önəmli fəaliyyətlərin müəllifidir. Avropada tarixi xristian abidələrin yenidənqurması və bərpası, Azərbaycanda fəaliyyət göstərən müxtəlif dini konfessiyaların ibadətgahlarının təmiri məhz Mehriban xanımın şəxsi təşəbbüsü çərçivəsində baş verib.

Xüsusilə Qarabağ münaqişəsinin davam etdiyi və Azərbaycana qarşı antitəbliğat kampaniyasının aparıldığı dövrdə reallaşdırılan bu cür fəaliyyətlər münaqişəyə dini don geyindirməyə çalışanlara verilən laiqli cavab idi. 

Sülh və mədəniyyət 

Mədəniyyət sahəsində Mehriban xanımın uzun illər UNESCO və İSESCO-nun xoşməramlı səfiri vəzifəsini icra etməsi və bu istiqamətdə görülən işlər İkinci Qarabağ müharibəsi zamanı Azərbaycanın beynəxalq arenada təklənməsinin qarşısını alan amillərdən biri idi. Nəticədə düşmənin Azərbaycanı “vandal” və “mədəniyyət düşməni” kimi tanıtmaq istiqamətindəki fəaliyyətləri bu illər ərzində Mehriban xanımın səyləri nəticəsində inşa edilən müsbət obrazı sarsıda bilmədi. 

Mübarizədə haqlı olmaq önəmlidir, lakin qələbə qazanmaq üçün sadəcə haqlı olmaq kifayət etmir. Dünyanın haqlı olduğuna inandırmaq qələbəyə aparan yolun ayrılmaz tərkib hissəsidir.
 

Məhz Mehriban xanımın sülhməramlı missiyası nəticəsində beynəlxalq ictimaiyyətin Azərbaycanı dünyəvi və humanist dəyərlərin daşıyıcısı, davamlı sülhün və qarşılıqlı mədəni inteqrasiyanın tərəfdarı kimi qəbul etməsi prosesi daha da gücləndi.  


Müharibə və müharibədən sonrakı dövrdə Mehriban xanım Əliyeva Azərbaycan qadınının cəsarət simvolu idi. Ali baş komandan İlham Əliyevlə birlikdə işğaldan azad olunmuş ərazilərə səfəri, Azərbaycan qadınının mübarizə anlayışının ən bariz ifadəsi idi. Mehriban xanım Əliyeva silahlarla yanaşı mədəniyyətin və sülhün də ən böyük silah olduğunu, qələbə qazanmağın ancaq bütün bunların vəhdəti nəticəsində mümkün olduğunu göstərdi.

Tarixə və təbiətə qayğı

Bu gün Mehriban xanım Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondu işğaldan azad edilən Şuşa şəhərinin yenidən qurulmasında və buradakı tarixi abidələrin bərpasında yaxından iştirak edir. Şuşanın mədəniyyət paytaxtına çevrilməsi istiqamətində aparılan işlər, eyni zamanda İçərişəhərin tarixi qala divarlarının qorunması məqsədilə başladılan kampaniya Azərbaycanın mədəniyyətə və tarix keçmişə nə dərəcədə önəm verdiyinin göstəricisidir. 

Bu gün dünya qlobal iqlim dəyişikliyi ilə mübarizə aparır və bu mübarizə bir xalqın, bir dövlətin yox, bütün insanlığın mübarizəsidir. Mehriban xanım Əliyevanın təşəbbüsü ilə ekoloji problemlərin aradan qaldırılması və iqlim dəyişikliyi ilə mübarizə çərçivəsində həyata keçirilən yaşıllandırma layihələri bu baxımdan xüsusi önəm kəsb edir.
 

İşğaldan azad edilmiş ərazilərdə ekoloji mühitinin bərpa olunması və Bakı ətrafı ərazilərin yaşıllaşdırılması məqsədilə Heydər Əliyev Fondunun dəstəyi ilə müxtəlif ekoloji layihələr icra olunur. 


2009-cu ildən etibarən talassemiyalı uşaqların müalicəsi və onlara dəstək olmaq məqsədi ilə xüsusi Mərkəzin yaradılması məhz Mehriban xanım Əliyevanın qayğı və diqqətinin nəticəsində reallaşıb.

Bu gün həmin Mərkəz talassemiyalı xəstələrin müalicəsində və eyni zamanda, profilaktikasında əhəmiyyətli rol oynayır. Mehriban xanım Əliyevanın gördüyü işlər gələcək nəsillərin daha təhlükəsiz və qayğısız şəraitdə böyüməsi məqsədilə atılan önəmli addımlardır.

Bu gün Mehriban xanım Əliyeva öz fəaliyyəti və müxtəlif sahələrdəki önəmli təşəbbüsləri ilə dünya miqyasında örnək alınmalı şəxsiyyətdir.

Bizə düşən əsas vəzifə isə onun altına imza atdığı, Azərbaycanı uğurlu gələcəyə hazırlamağı hədəfləyən təşəbbüslərin və layihələrin laiqli davamçısı olmaqdır.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin