Kolumbiyanın Kali şəhərində yaşayan vətəndaşlarından biri koronavirusa qarşı 7 dəfə peyvənd olunub.
Bizim.Media xarici mətbuata istinadən xəbər verir ki, məsələ ilə bağlı Səhiyyə naziri Mierlandi Torres açıqlama verib. Onun sözlərinə görə, həmin şəxs yaşı 60-dan yuxarı və psixi problemləri olan kişidir:
MÖVZU İLƏ BAĞLI:
Vaksin vurdurmaq üçün canlı növbə ləğv olundu - SƏBƏB
"Ona "Sinovac", "AztraZeneca", "Pfizer" və "Janssen" şirkətlərinin peyvəndləri vurulub. Dozalar normadan artıq olsa da, həmin şəxsdə heç bir əks-təsir müşahidə olunmayıb".
Hazırda məsələ ilə bağlı araşdırma aparılır.
Bizim.Media