“Artıq 100 ildir ki, insanlar ictimai nəqliyyat sahəsində yeni bir şey kəşf etmirlər. Ola bilər ki, aviasiyadan sonra ictimai nəqliyyat sahəsində innovasiyalı layihə məhz Hyperloop qatarlar olacaq”.
Bizim.Media xəbər verir ki, bu haqda informasiya xarici mətbuatda yer alıb.
Mənbə yazır ki, bu cür qatarlar xüsusi vakuumlu borular daxilində saatda 1000 km sürətlə hərəkət etmək potensialına sahibdirlər.
“Richard Branson”un Virgin şirkətlər qrupuna daxil olan Virgin Hyperloop şirkəti yeni video təqdim edib və həmin videoda Hyperloop texnologiyasının necə çalışdığını sərgiləyib.
Keçən ilin sonunda Virgin Hyperloop şirkəti vakuum boru daxilində sərnişin qatarı vasitəsilə təhlükəsiz səyahəti sərgiləmişdi.
Həmin vaxt sərnişin kapsulu 500 km uzunluqda olmuş test borusu daxilində saatda 160 km sürətlə hərəkət etmişdi. Nəzəri hesab edilən saatda 1200 km sürət göstəricisinin əldə olunmasına hələ çox var. Lakin şirkət lazımi uzunluğa sahib borunun inşasından sonra sərnişin kapsulunu saatda 1050 km sürətə çatdırmağı planlaşdırır.
Bizim.Media