Xaçmazda bıçaqlama olayı haqda YENİ TƏFƏRRÜATLAR

Hazırda oxunan: Xaçmazda bıçaqlama olayı haqda YENİ TƏFƏRRÜATLAR

34178

Xəbər veridyimiz kimi, dünən gecə Xaçmaz Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin keçmiş rəisi Əliağa Əsgərbəyli əmisi Rövşən Əlağa oğlu Əsgərbəyli tərəfindən bıçaqlanıb.

Bizim.Media hadisənin bəzi təfərrüatlarını öyrənməyə çalışıb.

Əldə etdiyimiz məlumata görə, hadisə 61 yaşlı Rövşən Əsgərbəylinin evində baş verib. Əmi onun evinə öyüd-nəsiyyət üçün gələn 47 yaşlı qardaşıoğlu Əlağa Əsgərbəylinin qarın boşluğundan bir neçə dəfə əlindəki bıçaqla zərbə endirib. 

Qarın nahiyəsindən bir neçə bıçaq zərbəsi alan Əlağa Əsgərbəyli Xaçmaz rayon Mərkəzi Xəstəxanasına çatdırılıb və dərhal cərrahiyyə əməliyyatı edilib.
 

Daha sonra əmi  Rövşən Əsgərbəyli evdəki ov tüfəngi ilə özünü başından güllələyərək intihar edib. Əldə etdiyimiz məlumata görə, qanlı olaya əmi və qardaşoğlu arasında baş verən ailə-məişət zəminindəki mübahisə səbəb olub. 


Hadisə ilə bağlı Xaçmaz rayon prokurorluğunda bıçaqlanma və intihar faktının araşdırılmasına başlanılıb.

Aytəkin Alxaslı, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin