Noyabrın 30-da BMT Baş katibinin Kipr üzrə müvəqqəti xüsusi müşaviri Jan Holl Lute Kiprə səfər edəcək.
Bizim Media xəbər verir ki, bu barədə Şimali Kipr Türk Cümhuriyyətinin Bakıdakı təmsilçiliyi məlumat yayıb.
Məlumata görə, KKTC Prezidenti Ersin Tatarın BMT təmsilçisini dekabrın 1-də qəbul edəcəyi gözlənilir.
Jan Holl Lutenin Cənubi Kiprin rəhbəri Nikos Anastasiadis ilə də eyni gündə görüşəcəyi deyilir.
Jan Holl Lutenin adaya səfəri dekabrın 2-də başa çatacaq.
Ağanisə Sultan, Bizim Media