Bugünədək dünya üzrə COVID-19 virusuna qarşı vurulan peyvənd dozalarının sayı 5 milyardı ötüb.
Bizim.Media xəbər verir ki, bu barədə “Ourworldindata.org” məlumat yayıb.
Bildirilib ki, dünya ölkələri arasında ən çox vaksinasiya Çində aparılıb - 1 milyard 990 milyon doza.
İkinci və üçüncü yerlərdə qərarlaşan Hindistanda 582 milyon 240 min, ABŞ-da 363 milyon 270 min doza peyvənd vurulub.
Vurulan vaksin dozalarının sayına görə ilk onluğa, həmçinin, Braziliya (178 milyon 550 min), Yaponiya (118 milyon 310 min), Almaniya (99 milyon 630 min), İndoneziya (89 milyon 830 min), Türkiyə (89 milyon 812 min), Böyük Britaniya (89 milyon 500 min) və Fransa (83 milyon 940 min) daxildir.
Dünya üzrə yoluxanların sayı 213 milyon 637 mini ötüb, 4 milyon 459 mindən çox insan həyatını itirib, sağalananların sayı isə 191 milyon 198 min nəfərə yaxınlaşıb.
Bizim.Media