Rusiya Alyaskanı geri almağa hazırlaşır – ABŞ-a bu xəbəri kim verib? 

Hazırda oxunan: Rusiya Alyaskanı geri almağa hazırlaşır – ABŞ-a bu xəbəri kim verib? 

34034

2019-cu ildə Alyaska quvernatoru Maykl Danlivin otağındakı telefona zəng gəldi. Ukraynanın o zamankı baş naziri Vladimir Qroysman və ABŞ-dakı səfiri Valeri Çalıy telefon danışığında Alyaska qubernatoruna deyiblər ki, Rusiya Alyaskanı qaytarmaq niyyətindədir.

Bizim.Media “REN TV”yə istinadən xəbər verir ki, Moskva Alyaskanı geri almaq üçün referendum hazırlayır.

Rusiyanın Alyaskanı Birləşmiş Ştatlara satmasından 150 ildən çox vaxt ötüb, amma anlaşmanın düzgün olması ilə bağlı indiyəcən mübahisələr var.

Rusiya Alyaskanı qaytarsa...

2013-cü ildə Moskva Arbitraj məhkəməsi ABŞ federal hökumətinə qarşı qeyri-adi vəsatət qaldırıb. Sənəddə Alyaskanın Rusiya tərkibinə qaytarılması tələb olunurdu. Vəsatətə görə ABŞ alqı-satqı müqaviləsini qızıl qəpiklərlə ödəməliydi, amma çek yazıblar.
 

Qeyd edək ki, Alyaskanın satılmasını Şərqi Sibirin qubernatoru Muravyov 1853-cü ildə təklif edib.


Qubernator Alyaskanın ingilislər tərəfindən işğalından qorxaraq bunu ABŞ-a dəstək mənasında etmək istəyirdi. Sazişə görə 1.5 milyon kv.km ərazi cəmi 7.2 milyon dollara ABŞ-a satıldı. Həmin illərdə bu pul 11.5 milyon rubl edirdi. Həmin pul bank vasitəsilə Londona köçürülür. Digər versiyada isə deyilir ki, qızıl külçələri dəniz yolu ilə Rusiyaya gətiriblər və 1868-ci il iyulun 16-da Peterburqda bahalı yük suyun altında batıb.

Axtarışlar aparılsa da, qızıl tapılmayıb. Bu sadəcə mifoloji versiyadır, bəs reallıqda pulların aqibəti necə olub?

Alyaskanın satışı barədə yalnız II Aleksandr, XİN rəhbəri Qorçakov cə maliyyə naziri Reytern bilirdi. Müqavilənin təşəbbüskarı isə imperatorun qardaşı Konstantin Romanov olub. Alyaska satışından qazanılan pulların hökumət nəqliyyat sisteminin inkişafına xərclənməsi nəzərdə tutulurdu. Pulların göndərildiyi şirkətlər isə Pavel fon Derviz, Karl fon Mekk və Sergey Dolqorukov kimi dəmiryol oliqarxlarına məxsus olub. Alyaskanın satışına görə varlanan da elə onlardır. 
 

MÖVZU İLƏ BAĞLI:

“Əfqanıstan iqtisadiyyatı inkişaf dövrünü yaşayırdı” – Tənəzzül başlanır?


Sonrakı peşmançılıq fayda verməz.

Alyaskanı satanda rusların ağlına da gəlməzdi ki, Amerikaya veriləndən 30 il sonra yarımadada qızıl əldə olunacaq. II Dünya Savaşı ərəfəsində Alyaska artıq qızıl satışına görə dünya liderliyini ələ ala bildi. Hazırda ABŞ-ın bu ştatı təkcə qızıl satışından ildə 100 milyon dollar qazanır.

Alyaska sink, gümüş, filiz və digər yataqlarla da zəngindir. 2017-ci ildə isə orada böyük neft yataqları tapılıb.  


Əslində Rusiya Alyaskanı satmasaydı, bütün dünyada strateji üstünlüyə malik olacaqdı. Yəni, eyni qitədə ikinci supergücün də olması ABŞ-ı Kreml ilə əməkdaşlığa məcbur edəcəkdi. Sonda qeyd edək ki, Rusiyanın hazırda Alyaskanı qaytarması tarixi yenidən yazmaq qədər inandırıcı görünmür.

Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin