Hərbçi ilə istirahətdə olan Nigar Şabanova: “Oranı Mərakeş biliblər”

Hazırda oxunan: Hərbçi ilə istirahətdə olan Nigar Şabanova: “Oranı Mərakeş biliblər”

33977

Əməkdar artist Nigar Şabanova bir müddət öncə koronaya yoluxub. Sənətçi Instagram hesabında səhhəti haqda zaman-zaman paylaşımlar edir.

Bizim.Media xəbər verir ki, xanəndənin özü ilə əlaqə saxlanılıb, onun son sağlıq durumunun necə olduğunu öyrənilib. 

N.Şabanova bu sözləri deyib:

"Bir gün yaxşı, beş gün pis  oluram. Artıq iyirmi gündür, tam sağala bilmirəm. Anam səhv müalicə nəticəsində insult keçirib, komada yatdı. Hələ ki, yaxşı deyil, yarası sağalmır ki, fizioterapiya olunsun".

N.Şabanova evlənməsi ilə bağlı xəbərlərə də aydınlıq gətirib:

"Rəsmi nikahımız yoxdur. Dəniz kənarında istirahətdə idik, oranı Mərakeş biliblər. Hələ nişanlıyıq. Korona bitsə, lap yaxşı olarıq". 

Qeyd edək ki, N.Şabanova hərbçi bəylə nişanlıdır. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin