Türkiyədə son sutkada yeni növ koronavirusdan (COVID-19) 232 nəfər həyatını itirib.
Bizim.Media xəbər verir ki, bu barədə Türkiyənin Səhiyyə Nazirliyi məlumat yayıb.
Nazirliyin məlumatında bildirilib ki, Türkiyədə gündəlik statistikaya əsasən, COVID-19 infeksiyası ilə əlaqədar 282 528 nəfər test edilib, onların 18 857-nin koronavirus testi pozitiv nəticə verib, 15 833 nəfər sağalıb.
MÖVZU İLƏ BAĞLI:
Türkiyədə koronavirusla bağlı son STATİSTİKA
Nazirliyin covid19.saglik.gov.tr saytına istinadla paylaşdığı cədvələ görə, Türkiyədə indiyədək COVID-19-a qarşı birinci, ikinci və üçüncü mərhələ də daxil 88 651 157 peyvənd tətbiq edilib ki, bunun da 74,62 faizi birinci mərhələ vaksinasiya olunanlardır.
Bizim.Media