Azərbaycanlı FIFA referisi İnqilab Məmmədov Rusiyanın paytaxtı Moskvada keçirilən çimərlik futbolu üzrə dünya çempionatının B qrupunun oyununu idarə edib.
Bizim.Media xəbər verir ki, o, Taiti və Mozambik yığmaları arasında III tur qarşılaşmasının baş hakimi olub.
Ona iranlı İbrahim Əkbərpur və paraqvaylı Qustavo Dominges köməklik göstərib. Dördüncü hakim funksiyasını isə yaponiyalı Yuiçi Hatano yerinə yetirib.
MÖVZU İLƏ BAĞLI:
Azərbaycanlı referi dünya çempionatına təyinat aldı
Məmmədov Taitinin 8:7 hesabı ilə qalib gəldiyi matçda 3 futbolçuya sarı, birinə isə qırmızı vərəqə göstərib. Mozambiq millisinin vingeri Manuel Nelsonu meydandan qovan referi onun komanda yoldaşları Fiqo və Dezi sarı vərəqə ilə cəzalandırıb.
Taitinin heyətində isə Teaonyi Teo "sarı" alıb.
Bu qələbədən sonra xallarını 6-ya çatdıran Taiti yığması İspaniya ilə birlikdə pley-offa yüksəlib.
Bizim.Media