“Krım Platforması”nda KİMLƏR Rusiyaya qarşıdır? – SİYAHI

Hazırda oxunan: “Krım Platforması”nda KİMLƏR Rusiyaya qarşıdır? – SİYAHI

33887

Avqustun 23-də Ukraynanın paytaxtı Kiyev şəhərində “Krım platforması” sammiti start götürüb. Belə ki, Ukraynanın Krımı öz suveren ərazisi kimi geri qaytarmaq üçün təşkil olunan sammitə 44 ölkədən nümayəndələr qatılıb. 

Platformanın əsas məqsədi isə diplomatik vasitələrdən istifadə etməklə Krımın Rusiyadan alınmasına nail olmaqdır. Bu səbəbdən də “Krım Platforması” rəsmi Moskva tərəfindən kəskin etirazla qarşılanıb. Belə ki, Kreml sammitə qatılan ölkələri Rusiyanın suverenliyini pozmaqda və özünə qarşı dost olmayan mövqe sərgiləməkdə ittiham edib.

Ukrayna-Rusiya mübarizəsində yeni mərhələ 

Qeyd edək ki, sammitdə çıxış edən edən Ukrayna Prezidenti Volodimir Zelenski bu hadisəni Krımın qaytarılması prosesinin başlanğıc nöqtəsi adlandıraraq, sözügedən istiqamətdə diplomatik addımların atılacağını bildirib. Bunun üçün isə, sammitdə iştirak edən ölkələrin dəstəyi ilə Moskvanın danışıqlar masasına geri qaytarılması məsələsinin vacibliyi vurğulanıb.
 

Rusiya tərəfi isə, Kiyevin bu addımını qəbul etmək niyyətində deyil. Belə ki, sözügedən addımı suverenliyinə təhdid olaraq görən Kreml baş verənlərə rəğmən hərbi variantlara əl atmayacağını qeyd edib.


Lakin tərəflərin Krım uğrunda mübarizəni diplomatik və iqtisadi yollarla aparacağı aydın görünür. Ona görə ki, hələ platforma işinə başlamadan öncə, rəsmi Kiyev bir neçə iri Rusiya şirkətinə sanksiyalar tətbiq etdiyini açıqlayıb. 

Buna baxmayaraq, iqtisadi sferada əli daha güclü olan Moskva hələlik, Kiyevə qarşı əsas “kozır”ı olan enerji kartını masaya atmaq niyyətində deyil. Belə ki, Kreml Avropaya alternativ enerji tranziti marşrutu olan “Şimal Dəhlizi 2” layihəsini artıq tamamlamaq üzrə olsa da, Ukrayna üzərindən keçən yollarla da təbii qaz axınını gələcək illərdə də davam etdirəcəyini qeyd edib.

Sammitin tətiklədiyi gərginlik

Bununla yanaşı sammitlə bağlı söz-söhbətlərin meydana gəldiyi bir vaxtda qondarma Donetskvə Luqansk Respublikalarının da dünya mediasında açıqlamaları gündəmə gəlməyə başlayıb. Məhz həmin tanınmayan separatçı dövlətlərin rəsmiləri Kiyevin savaşa hazırlaşdığı siqnallarını verib.

Ukrayna isə, bunun əksinə olaraq Kremli ölkənin şərqində separatçıların əli ilə vəziyyəti gərginləşdirməkdə günahlandırıb. Görünən odur ki, 44 ölkə ilə üzbəüz qalan Rusiya Ukraynanın Krım sevdasından imtina etməsi üçün “gövdə nümayişi” taktikasından istifadə edir.

Ümumilikdə isə, “Krım Platforması”nın yaxın perspektivdə Krım böhranının həllində ciddi irəliləyiş yaradacağı o qədər də real görünmür.
 

Çünki rəsmi Moskva öz suveren ərazisi hesab etdiyi Krımla bağlı danışıqlar masasına oturmamaq niyyətini qəti şəkildə ortaya qoyur.


Lakin “Krım Platforması”nın Rusiya və Ukrayna arasındakı problemli məsələlərin gələcəyində mühüm rol oynayacağını indidən söyləmək olar. Bunun regionda vəziyyəti daha da sakitləşdirəcəyini və ya gərginləşdirəcəyini isə zaman göstərəcək. Lakin ilkin mərhələdə ikinci ehtimalın baş verməsi daha real görünür.

“Krım platforması”nda Rusiyaya qarşı olan dövlətlərin və təşkilatların siyahısını təqdim edirik:

1. Avstraliya

2. Avstriya

3. Albaniya

4. ABŞ 

5. Belçika

6. Böyük Britaniya  

7.Yunanıstan 

8. Almaniya 

9. Gürcüstan

10. Danimarka 

11. İspaniya

12. İrlandiya

13. İslandiya

14. İtaliya 

15. Estoniya  

16. Kanada

17. Kipr 

18. Latviya  

19. Litva  

20. Lüksemburq 

21. Malta

22.Macarıstan

23. Moldova

24. Hollandiya

25. Yeni Zelandiya

26. Norveç 

27. Polşa  

28. Portuqaliya 

29. Rumıniya 

30. Şimali Makedoniya 

31. Slovakiya  

32. Sloveniya 

33. Bolqarıstan 

34. Türkiyə 

35. Fransa  

36. Finlandiya 

37. Xorvatiya 

38. Monteneqro 

39. Çexiya Respublikası

40. İsveçrə 

41. İsveç

42. Yaponiya

43.Avropa Birliyi

44.GUAM

45.NATO

46.Avropa Şurası

47.Avropa Komissiyası

Murad Əhmədov, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin