“Artıq ixtisas seçiminə start verilib. Bütün mərhələlərdə çalışırıq ki, abituriyentlərin yanında olaq”.
Bizim.Media xəbər verir ki, bunu Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə “Facebook”da canlı yayımda deyib.
O bildirib ki, bununla bağlı çoxlu materiallar çap edilir:
“Çox zaman bala uyğun olaraq müəllimlər, valideynlər onlara ixtisas seçirlər. Bala uyğun olaraq deyil, gənc insan hansı sahədə işləmək istəyirsə, bununla bağlı abituriyentlə söhbət aparıb məsləhət vermək lazımdır. Hər bir qrupda müxtəlif ixtisaslar var”.
MÖVZU İLƏ BAĞLI:
Azərbaycanda neçə məktəb təmir edilir? – Rəsmi CAVAB
M. Abbaszadə qeyd edib ki, hər kəs öz övladının istəyinə hörmətlə yanaşsın:
“Gələcəkdə o istəmədiyi peşədə çalışaraq ömür boyu bunun altını çəkəcək”.
Bizim.Media