Azərbaycan müdafiə nazirinin müavini Moskvadadır – SƏBƏB

Hazırda oxunan: Azərbaycan müdafiə nazirinin müavini Moskvadadır – SƏBƏB

0:00
0:00
33861

Azərbaycan Respublikasının müdafiə nazirinin müavini – Maddi-Texniki Təminat Baş İdarəsinin rəisi general-leytenant Nizam Osmanov “Beynəlxalq Ordu Oyunları - 2021” yarışlarının açılış mərasimində iştirak etmək üçün Moskvada səfərdədir.

Bu barədə Bizim.Media-ya Müdafiə Nazirliyindən bildirilib.

Qeyd olunub ki, Azərbaycan hərbçiləri “Beynəlxalq Ordu Oyunları - 2021” yarışları çərçivəsində Rusiyada “Tank biatlonu” və “Mədəniyyət Ordusu", İran İslam Respublikasında “Dəniz kuboku”, Qazaxıstanda “Artilleriya atəşinin ustaları” müsabiqələrində iştirak edir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin