Qarabağda yeni müharibə təhlükəsi yaranır? – Qabil Hüseynlidən PƏRDƏARXASI

Hazırda oxunan: Qarabağda yeni müharibə təhlükəsi yaranır? – Qabil Hüseynlidən PƏRDƏARXASI

33847

Rusiya Ermənistanı itirməmək üçün İrəvanın çaldığı havaya oynayır? Axı bu situasiya Azərbaycanın maraqlarına və rus sülhməramlılarının missiya səlahiyyətlərinə ziddir...

“Kreml açıq-aşkar Ermənistanı silahlandırır, ordusunu yenidən qurmağa çalışır. Sülhməramlılar isə Qarabağ ərazisinə Ermənistan silahlı qüvvələrinin yeni hissələrini gətirirlər” sözləri ilə cavabına başlayan politoloq Qabil Hüseynli vurğuladı ki, əslində sülhməramlılar sayları 10 mini ötən erməni silahlı qüvvələrinin dəstələrini Qarabağdan çıxartmalıydılar. 

Bizim.Media ilə dialoq zamanı politoloq bildirdi ki, bu məsələdə Rusiya Fransa ilə birlikdə hərəkət edir və sülh yaratma prosesinə ATƏT kimi ölmüş, siyasi meyit olan bir qurumu yenidən cəlb etmək istəyirlər:

“Eyni zamanda, qondarma “Artsax”ın status məsələsini aktuallaşdırmaq niyyətindədirlər. Onlar yaxşı bilirlər ki, Azərbaycan bu məsələni qəbul etməyəcək. Nəticə etibarı ilə bölgədə yenidən isti müharibənin təhlükəsi yaranacaq. O səbəbdən həm də Qarabağın dağlıq hissəsinə yeni silahlı qüvvələr gətirilir və Ermənistan silahlı qüvvələrini aktiv silahlandırırlar”.
 

MÖVZU İLƏ BAĞLI:

“Əfqanıstan iqtisadiyyatı inkişaf dövrünü yaşayırdı” – Tənəzzül başlanır?


Sizcə hazırkı siyasi proseslər III Qarabağ savaşına aparırmı?

“İnsidentsiz, lokal da olsa, antiterror tədbirləri də olsa, bu, yeni bir toqquşmanı labüd edir. Çünki Rusiyadan soruşmaq lazımdır ki; Azərbaycan müharibə istəmədiyi halda Ermənistanı niyə silahlandırırsan? İndiyənə qədər Moskva İrəvana 8 milyard dollarlıq təmənnasız silah verib. Həmin silahların böyük hissəsi Azərbaycan ordusu tərəfindən məhv edildi. 

Rusiya isə Ermənistanı yenidən silahlandırmaqla növbəti müharibəni qaçılmaz edir. Azərbaycan buna hazırdır, amma bu, heç kimə lazım olmayan müharibədir.


Çünki Bakı sülh prosesini həyata keçirtmək üçün lazım olan bütün şərtlərə əməl edir. Ermənistan isə həm sərhəd məsələlərində dəbbələyir (razılaşdığı sazişdən imtina, qaçmaq), həm də Qarabağın dağlıq hissəsinin statusunu yenidən qaldırmaqla regiondakı vəziyyəti gərginləşdirməyə çalışır”.

Anar Rəhimov, Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin