Məşhur müğənninin qızı ilə arvadı MƏHKƏMƏLİK OLDU 

Hazırda oxunan: Məşhur müğənninin qızı ilə arvadı MƏHKƏMƏLİK OLDU 

33807

Mərhum müğənni Kayahanın həyat yoldaşı İpek Açar Kömürcü, hazırki əri Alper Kömürcü və onun ailəsi ifaçıya məxsus "Gönül Köşkü" adlı villaya tətilə gedib. 

Bizim.Media türk mediasına istinadən xəbər verir ki, bu vəziyyətə müğənninin qızı Beste Açar səssiz qalmayıb.

O, "Atamın dəyərlərini, xatirələrinin heçə sayılması məni üzür. Məsələ ilə bağlı hüququ yollara əl atacam”, - deyə bildirib. 

2015-ci ildə dünyasını dəyişən Kayahanın qızı başqası ilə evlənsə də, atasının soyadından istifadə edən Açarı tənqid etmişdi. Kayahanın vəfatından 4 il sonra orkestr rəhbəri ilə evlənən İpek isə onun iradlarına önəm verməyib. 

Miras olaraq qalan mahnıların bütün haqlarını üzərinə götürməyə çalışan Açara Beste sərt reaksiya verib.

O, həm atasının qalan mahnılarının haqlarını, həm də villa ilə bağlı məhkəməyə müraciət edəcəyini deyib: 

"Pul, mülk iddiasında deyiləm. Məni işin mənəvi tərəfi üzür. Onsuz da villaya getmək istəmirəm. Atamla bağlı xatirələr məni buraxmır. Yaşadıqlarımız hər saniyə gözümün önünədir. Orada əri və ərinin ailəsi ilə tətilə getməsi, atamın xatirəsinə heçə sayması məni incidir". 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin