Xəzərdə böyük qaz yataqları aşkarlandı – Avropa tələbatının 20%-ni ödəməyə yetərlidir

Hazırda oxunan: Xəzərdə böyük qaz yataqları aşkarlandı – Avropa tələbatının 20%-ni ödəməyə yetərlidir

33768

Xəzər dənizinin İran sektorunda böyük həcmli qaz yataqları aşkarlanıb. 

Bizim.Media “oilpraice.com” saytına istinadən  xəbər verir ki, bu barədə Çalus yataqlarında qaz hasil edən İranın “Khazar Exploration and Production” şirkətinin baş icraçı direktoru Əli Osuli deyib. O, nəzərə çatdırıb ki, hazırda yataqlardakı qazın miqdarı müəyyənləşdirilir.

Onun fikrincə, qazın hasil edilməsi üçün Rusiya və Çin texniki və maliyyə dəstəyi verəcəklər. 
 

MÖVZU İLƏ BAĞLI:

“Bulla-dəniz”də yüksək debitli quyu istismara qəbul edildi


Aşkar edilən yataqdakı qazın miqdarı çox olduğu üçün İran Avropanın qaza olan ehtiyacının 20 faizini ödəyə bilər.

Lakin rəsmi Tehran gələcəkdə bu qazın Avropaya nəql edilməsi üçün Rusiya ilə razılaşma olacaq. 

Qeyd olunur ki, hazırda Avropada qaza böyük tələbat var. İran Çalus strukturundan hasil edilən qazı Rusiya vasitəsilə ixrac etmək istəyir ki, Avropaya təsir imkanlarını əlində saxlasın. Rusiya isə öz növbəsində “nüvə razılaşması” məsələsində İranı müdafiə etmək üçün rəsmi Tehranın təklifinə isti yanaşa bilər. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin