Avstriya kansleri Sebastian Kurts Əfqanıstandan olan qaçqınları qəbul etməkdən imtina edib.
Bizim.Media “RİA Novosti”yə istinadən xəbər verir ki, Kurts, kansler olduğu müddətdə Avstriyanın yeni qaçqınları qəbul etməyəcəyini bildirib.
Kanslerin sözlərinə görə, Avstriya artıq bu ölkədən kifayət qədər qaçqın qəbul edib və hazırda onların ölkə cəmiyyətinə inteqrasiyası ilə bağlı problemlər yaşayır.
MÖVZU İLƏ BAĞLI:
Baş nazirdən qalmaqallı ADDIM – Nazirlik binasına İsrail bayrağı SANCILDI
"Mən kansler olduğum müddətdə daha çox insanı könüllü olaraq qəbul etməyimizin birmənalı şəkildə əleyhinəyəm", - deyə o, qeyd edib.
Kurts, Avstriyanın qaçqın qəbul etməməyi, lakin Əfqanıstan xalqına yerində kömək etməyi lazım bildiyini də vurğulayıb. Kanslerin əsas narahatlığı Əfqan qadınlarının təhlükəsizliyidir.
Bizim.Media