Ənənəvi tədris yoluxma sayını artıracaqmı? - Millət vəkilindən AÇIQLAMA - VİDEO 

Hazırda oxunan: Ənənəvi tədris yoluxma sayını artıracaqmı? - Millət vəkilindən AÇIQLAMA - VİDEO 

33752

“Biz tədricən inamla həm təhsil prosesinin, həm də iqtisadi proseslərin axsamasının qarşısını almalıyıq. Bunun üçün yeganə yol pandemiya reallığında vaksinasiya prosesidir”. 

Bizim.Media xəbər verir ki, bu sözləri ARB24-ün “Gündəm” verilişinə açıqlamasında millət vəkili Müşfiq Məmmədli deyib. 

O bildirib ki, ənənəvi tədris prosesinə başlayacağıqsa, o zaman təhsildə iştirak etmək yaş qrupuna uyğun şəxslərin hər biri vaksin olunmalıdır: 
 

MÖVZU İLƏ BAĞLI:

Sentyabrın 15-də məktəblər açılacaqmı? - EKSPERTDƏN RƏY


“Konkret olaraq vaksinasiya şərtdir. Dövlət tərəfindən də bu proses ciddi nəzarət altında saxlanılacaq. Təhsil müəssisələrdə çalışan şəxslərin də vaksin olunması əsas şərtdir. Biz bununla yoluxma ehtimalını bir qədər aşağı salırıq”.  

Deputat qeyd edib ki, buna görə də həmin yaş qrupunda olan şəxslərin vaksin olunmadan müəyyən proseslərdə iştirakının məhdudlaşdırılması kimi önəmli addımların atılması vacibdir.

“Əgər mən vaksin olunmayaraq vaksin olunan şəxsləri risk altında saxlayacamsa, o zaman müəyyən xidmətlərdən istifadə məhdudiyyətli ilə qarşı-qarşıya qalmalıyıq”. 

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin