İranda ŞOK QƏRAR: Sosial şəbəkə istifadəçilərindən vergi tutulacaq

Hazırda oxunan: İranda ŞOK QƏRAR: Sosial şəbəkə istifadəçilərindən vergi tutulacaq

33633

İranda sosial şəbəkələrdə fəallıq nümayiş etdirən tanınmış və nüfuzlu şəxslərdən vergi alınacaq.

Bizim.Media İranın milli vergilər xidmətinin açıqlamasına istinadla xəbər verir ki, hər hansı bir platformada izləyicisi 500 mindən artıq olan istifadəçidən vergi tutulacaq.

Məsələnin mahiyyəti ondan ibarətdir ki, istifadəçilər sosial şəbəkələr vasitəsilə reklam kampaniyaları həyata keçirərək gəlir əldə edirlər.

Vergi Xidməti yaxın günlərdə istifadəçilərin adlarını və verginin həcmini müəyyən edən sənəd hazırlayıb Maliyyə Nazirliyinə təqdim edəcək. Daha sonra qanun layihəsi hazırlanıb parlamentin müzakirəsinə çıxarılacaq və qanun qəbul olunacaq. 

Vergilər Xidmətinin açıqlamasına əsasən 2022-ci ildən başlayaraq sosial şəbəkə istifadəçilərindən vergi tutulacaq.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin