Ərdoğan: “Yunanıstana kömək edə bilərik”

Hazırda oxunan: Ərdoğan: “Yunanıstana kömək edə bilərik”

33599

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ilə Yunanıstanın Baş naziri Kiriakos Mitsotakis arasında telefon danışığı olub.

Bizim.Media xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Administrasiyasının Kommunikasiya İdarəsindən bildirilib.

Məlumatda qeyd edilir ki, danışıq əsnasında Əfqanıstanda baş verən hadisələr, miqrasiya və bölgədəki digər məsələlər müzakirə edilib, hər iki ölkədə baş verən meşə yanğınlarının tezliklə aradan qaldırılması diləkləri qarşılıqlı ifadə edilib.

Türkiyə Prezidenti ölkəsindəki yanğınların artıq nəzarət altına alındığını, ehtiyac duyulduğu təqdirdə Yunanıstana kömək etməyə hazır olduqlarını deyib.

İqtisadi və ticari əlaqələrə dair “Birgə Fəaliyyət Planı”na daxil olan mexanizm və layihələrlə əlaqədar qurumlar arasında görüşlərin başlamasından məmnunluğunu ifadə edən Prezident Ərdoğan “Yüksək Səviyyəli Əməkdaşlıq Şurası”nın iclaslarının yenidən keçirilməsinin vacibliyini vurğulayıb.
 

Əfqanıstanın bir daha kritik bir dövr yaşadığını xatırladan Türkiyə Prezidenti bu prosesin rahat keçəcəyinə inandığını, yeni hökumətin Əfqanıstan xalqının özünəməxsusluğunu əks etdirən əhatəli siyasət yürüdəcəyinə ümidvar olduğunu deyib.


Avropa İttifaqının 18 mart anlaşmasından irəli gələn öhdəliklərini səmimiyyətlə yerinə yetirməsini gözlədiklərini bildirən Prezident Ərdoğan Türkiyənin təhlükəsiz bir üçüncü ölkə elan edilməsinin beynəlxalq öhdəlikləri ortadan qaldırmadığını və bu mövzuda səmimi əməkdaşlıq gözlədiklərini qeyd edib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin