Koronavirusa qarşı təsirli dərman TAPILDI

Hazırda oxunan: Koronavirusa qarşı təsirli dərman TAPILDI

33579

Laktoferrin zülalı COVID-19 əleyhinə effektiv dərman ola bilər.

Bizim.Media xəbər verir ki, bunu Miçiqan Universitetinin mütəxəssisləri müəyyən ediblər. 

Tədqiqatçılar SARS-CoV-2 ilə yoluxmadan əvvəl və sonra 1 400-dən çox dərman və fərdi vasitələrlə müalicə olunan insan hüceyrələrindən istifadə edərək ortaya çıxan nəticələri təhlil ediblər. COVID-19 əleyhinə 17 potensial namizəd tapmağı bacarıblar.
 

MÖVZU İLƏ BAĞLI:

Dünyada koronavirusla bağlı SON STATİSTİKA


Mütəxəssislər SARS-CoV-2 infeksiyasını insanın ağciyər hüceyrələri də daxil olmaqla, müxtəlif növ hüceyrələrdə sınaqdan keçiriblər.

Onlardan 9-da virus əleyhinə aktivlik müşahidə olunub. Bunlar içərisində ən təsirlisi isə süddən əldə edilən laktoferrin zülalı olub.

Laktoferrin - bədənin immun sisteminin komponentlərindən biri olmaqla, immun hüceyrələrinin funksiyalarını tənzimləyir. Əvvəllər laboratoriya şəraitində də olsa, laktoferrinin sitomegalovirusa, HİV-ə və digər patogenlərə qarşı təsirli olduğu sübuta yetirilib.

Tədqiqatçıların qənaətinə görə, yeni dərmanların hazırlanması uzun illər çəkə bilər, buna görə də mövcud dərmanlar arasında təsirlisini tapmaq gəlirli strategiyadır.

Gələcəkdə laktoferrinin SARS-CoV-2 xəstələrinin müalicəsində istifadə olunacağı planlaşdırılsa da, onun məhz delta ştamına qarşı təsirli olub-olmayacağı sual altındadır.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin