HƏKİMDƏN SOS: “Yoluxma sayı 6-7 minə çatacaq”

Hazırda oxunan: HƏKİMDƏN SOS: “Yoluxma sayı 6-7 minə çatacaq”

0:00
0:00
33526

Yoluxma son günlər kəskin artıb. Avtobuslarda, metroda sıxlıq olur, yay aylarıdır, insanlar çimərliklərə, hovuzlara üz tuturlar, bölgələrə axın edirlər. Tətil olduğuna görə əhali bir-birinin evinə qonaq gedir. Bu da yoluxma sayına təsirsiz ötüşməyib.

Bizim.Media Publika.az-a istinadən xəbər verir ki, bunu Azərbaycan Həkimləri İctimai Birliyinin İdarə Heyətinin üzvü Ədalət Rüstəm deyib.

Həkim bildirib ki, isti hava da virusa təsir etmir və hazırda virus daha da aktivləşib:

“Bu dövrdə insanların immuniteti aşağı düşür, soyuqdəymə xəstəlikləri çoxalır. İnsanlar həmişə məsuliyyətsiz olublar. Yenə də maskanı düzgün taxmırlar, çənədən aşağıya endirirlər və ya ümumiyyətlə, taxmırlar, qollarına keçirirlər. Bu da virusun daha çox yayılmasına səbəb olur. Mütəxəssislərimiz, alimlərimiz il yarımdan çoxdur ki, tövsiyə edirlər, məsləhətlər verirlər. Ancaq insanlar onlara yox, hansısa sadə vətəndaşın uydurmalarına, fərziyyələrinə qulaq asır, onlara inanırlar”.

Həkim qarşıdakı dövrdə ölkəmizdə yoluxmaların daha çox artacağını vurğulayıb:

“Payızda, qışda günlük yoluxmanın 6-7 min olacağını düşünürəm. Vaksinasiyasını sürətləndirmək və insanları real vaksin etmək yeganə çıxış yoludur. Saxta pasportların verilməsinin qarşısını almaq lazımdır. İnsanlar açıq-aydın saxta pasportun qiymətini müzakirə edir. Bununla bağlı tədbir görülməlidir”.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin