Bakının Baş Planı hansı mərhələsindədir? - RƏSMİ - FOTO

Hazırda oxunan: Bakının Baş Planı hansı mərhələsindədir? - RƏSMİ - FOTO

33519

Paytaxtın Baş Planı artıq son razılaşdırılma mərhələsindədir.

Bizim.Media xəbər verir ki, bu barədə Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin mətbuat katibi Ramiz İdrisoğlu məlumat verib. 
 

MÖVZU İLƏ BAĞLI:

Mərkəz qadağan zonasına çevriləcək – Bakının Baş Planı nə vaxt təsdiqlənəcək? - FOTO


Bakı şəhərinin Baş Planı 2020-2040-cı illər üzrə 20 illik perspektiv dövrü əhatə edir və planın həyata keçirilməsinin birinci mərhələsi 2020-2027-ci illəri əhatə edir.

Baş Planın şəhərlər və ya digər yaşayış məntəqələri səviyyəsində hazırlandığını deyən qurum rəsmisi bildirib ki, bununla da uzunmüddətli inkişaf istiqamətləri müəyyən edilir:

“Paytaxtın artıq son razılaşdırılma mərhələsində olan yeni Baş Planı şəhərin tarixi mərkəzində xüsusi məhdudiyyətlər təqdim edir, şəhərin yenidənqurma və inkişaf ərazilərini müəyyən edir, inkişaf layihələri üçün kompleks planlaşdırma və layihələndirməni təşviq edir, bununla da nöqtəvi və xaotik tikinti hallarının qarşısını alır”.

Qeyd edək ki, Baş Plan çərçivəsində mərkəzlər üç kateqoriyalara bölünüb:

Mərkəzi Bakı (Mərkəzi Planlaşdırma Rayonu) - paytaxt Bakı üçün spesifik və ixtisaslaşmış şəhər xidmətlərinin təmin edildiyi və yüksək səviyyəli mədəniyyət obyektlərinin yerləşdiyi iqtisadi və inzibati mərkəz kimi fəaliyyət göstərəcək.

Regional Mərkəzlər (Ələt, Mərdəkan və Sumqayıt) - Mərkəzi Bakının regional analoqları rolunu oynayaraq, öz təsir dairəsinə daxil olan ərazilərdə yüksək səviyyəli şəhər xidmətlərinin göstərilməsini təmin edəcək.


Alt-mərkəzlər (Lökbatan, Binəqədi, Sabunçu, Zığ/Hövsan və Xırdalan) - Mərkəzi Bakının hüdudlarında yerləşən strateji əhəmiyyətli mərkəzlər olaraq  periferiyanın müxtəlif istiqamətlərindən şəhər mərkəzinə doğru giriş qapıları rolunu oynayacaq. (oxu.az)

Bizim.Media





© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin