Bölgələrdə SU QITLIĞI – “Azərsu” ASC: “Biz onlara xidmət etmirik...”

Hazırda oxunan: Bölgələrdə SU QITLIĞI – “Azərsu” ASC: “Biz onlara xidmət etmirik...”

33511

Azərbaycanın bölgələrində su qıtlığı problemi yaşanır. Bu dəfə söhbət təkcə Aran rayonlarından deyil, həm də Tərtər və Tovuz rayonlarından gedir. 

Tərtər rayonun bir sıra kəndlərində həm içməli, həm də təsərrüfat suyu ilə bağlı ciddi problemlər yaranıb. Sakinlərin bildirdiyinə görə, Suqovuşan kəndi erməni işğalından azad edildikdən sonra, ermənilərin illərdir suyunu kəsdiyi İncə çayına bol su, hətta sel gəlsə də, indi İncə çayı tamamilə quruyub.

Rayonun Borsunlu və Qaradağlı kəndlərində isə sakinlər təsərrüfat suyu ilə yanaşı, içməli su çatışmazlığından da əziyyət çəkir. 

Borsunlu kəndində evlərə subartezian quyusundan su çəkilsə də, su 4 gündə 1 dəfə, 1 saat verilir. Sakinlər içməli suyu həm də maşınlarla almaq məcburiyyətində qalırlar.
 

Eyni zamanda Tovuz rayonun Qaradaş, Aşağı Quşçu kəndlərində də işməli su qıtlığı yaşanır. İçməli su fasilələrlə verilir.


Bölgələrdə içməli su probleminin yaranmasının səbəbləri nədir?

“Azərsu” ASC-dən Bizim.Media-nın sorğusu cavablandırılıb.

Bildirilib ki, qurum həm Tərtər, həm də Tovuz rayonun bütün kəndlərində fəaliyyət göstərmir: 

“ASC Tərtər şəhərinə, Şıxarx qəsəbəsinə və rayonunun 25 kəndinə xidmət göstərir. 15 kəndin su təchizatı subartezian quyuları ilə aparılır. Həmin kəndlərdəki subartezian quyuları əvvəlki rejimdə, normal qaydada işləyir, yalnız Borsunlu kəndindəki subartezian quyusunda quraqlıqla əlaqədar ehtiyatın azalması müşahidə edilir. Sakinləri su ilə təmin etmək üçün kənddəki ümumi tutumu 75 kubmetr olan 3 ehtiyat su anbarının imkanlarından istifadə olunur”.
 

MÖVZU İLƏ BAĞLI:

"Ölkədə 6 milyon ümumi doza vaksin vurulub” – TƏBİB-in nümayəndəsi


“Azərsu”-dan Tovuzun kəndlərində yaranan içməli su probleminə isə belə aydınlıq gətirilib: 

“Qaradaş kəndinə xidmət göstərmirik, Aşağı Quşçu kəndində isə quraqlıla əlaqədar Zəyəmçayda su ehtiyatı azaldığına görə kəndə fasilələrlə su verilir. Cəmiyyət Tovuzda 21 kəndə xidmət göstərir və hazırda kəndlər içməli su ilə təmin olunur”.

Xatirə Nəsirli, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin