Xankəndi ermənilərindən Azərbaycana MÜRACİƏT: "Bizi vətəndaşlığa qəbul edin, işləyək”

Hazırda oxunan: Xankəndi ermənilərindən Azərbaycana MÜRACİƏT: "Bizi vətəndaşlığa qəbul edin, işləyək”

33498

Azərbaycanın Xankəndi şəhərində yaşayan bir qrup erməni əhali iş üçün Şuşadakı Azərbaycan hərbçilərinə müraciət ediblər.

Bizim.Media demokrat.az-a istinadən xəbər verir ki, ermənilər Rusiya sülhməramlı hərbiçilərinin iştirakı ilə Şuşanın giriş postuna yaxınlaşaraq, Azərbaycan vətəndaşlığı qəbul etməyə hazır olduqlarını bildiriblər.

Daha sonra ermənilər Azərbaycan dövlətindən iş istəyiblər.

"Biz çox bərbad vəziyyətdə yaşayırıq, Xankəndində iş, çörək yoxdur, ac qalmışıq. Azərbaycan dövlətindən xahiş edirik ki, bizi vətəndaşlığına qəbul edib iş versin. Xankəndi əhalisinin əksəriyyəti Azərbaycan dövlətinin Qarabağda apardığı yenidən qurma işlərinə dəstək verməyə hazırdır, biz burada fəhlə də işləməyə hazırıq, yetər ki, bizə iş verin", - deyə ermənilər Azərbaycan hərbiçilərindən xahiş ediblər.

Azərbaycan hərbçiləri isə ermənilərin xahişlərini lazımı dövlət qurumlarına çatdıracaqlarına söz veriblər.
 

MÖVZU İLƏ BAĞLI:

Ermənistanın Qarabağda törətdiyi 6 EKOLOJİ TERROR – Zəhərlənən Oxçuçay, baltalanan Bəsitçay


Daha sonra sözügedən ermənilər Rusiya sülhməramlılarının müşayiətilə Xankəndiyə geri qayıdıblar.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin