“Kiçik tutumlu ticarət obyektlərində COVİD pasportu tələb olunmur, iri ticarət müəssisələri və iaşə obyektləri ilə bağlı isə Nazirlər Kabinetinin qərarı var”.
Bizim.Media xəbər verir ki, bunu Nazirlər Kabineti yanında Operativ Qərargahın bu gün keçirilən brifinqində Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin şöbə rəisi Elşad Hacıyev deyib.
MÖVZU İLƏ BAĞLI:
"Ölkədə 6 milyon ümumi doza vaksin vurulub” – TƏBİB-in nümayəndəsi
O bildirib ki, vətəndaş ölkə ərazisində sərbəst hərəkət etmək istəyirsə, vaksinasiyadan keçməlidir:
“Bu vətəndaşlar heç bir məhdudiyyətlə qarşılaşmır. Digər tərəfdən indi epidemioloji vəziyyət sabitdir, hazırda metroya giriş sərbəstdir. Ancaq Metropolitenin işçiləri və ərazidə xidmət edən polis əməkdaşları tərəfindən vaxtaşırı seçim əsasında yoxlamalar aparılır. Hərarət yoxlanılması, aktiv koronavirus xəstələri ilə bağlı fakt daxil olarsa, həmin insanların metrodan uzaqlaşdırılması ilə bağlı tədbir görülür. Burada həm canlı yoxlama, eləcə də vizual baxış, biometrik kameralar vasitəsilə metro istifadəçilərinin ümumi hərəkətinə nəzarət olunur”.
Bizim.Media