"Çox çılğın oyun alındı. Matça yaxşı başlasaq da, ikinci hissədə 3 qol buraxdıq. Bu nəticəyə görə şadam. İndi fikirlərimiz cavab matçındadır. Öz doğma azarkeşlərimiz önündə oynayacağıq. Qələbə qazanmağa çalışacağıq".
Bizim.Media xəbər verir ki, bunu İsrailin "Makkabi" (Hayfa) komandasının baş məşqçisi Barak Baxar Bakıda "Neftçi" ilə 3:3 hesablı heç-heçə etdikləri UEFA Konfrans Liqasının pley-off mərhələsinin ilk oyunundan sonra mətbuat konfransında deyib.
42 yaşlı mütəxəssis "Neftçi" çox yaxşı komanda olduğunu bildirib:
"Rəqibin birinci qolu fantastik idi. Bundan sonra futbolçuların özünə inamı artdı və daha 2 qol vurdular. Lakin hesabı bərabərləşdirdik və bu nəticə bizi qane edir".
Baxar "ağ-qaralar"ın heyətində Sabir Buqrin, Emin Mhamudov və Yusuf Lavalın əla təsir bağışladıqlarını söyləyib:
"Buqrin Mərakeş millisinə dəvət alıbsa, deməli, yaxşı futbolçudur. Bu gün də bunu göstərdi. Mərakeş yığmasında səviyyəli oyunçular çıxış edir. Buqrin də ondan biridir. Həmçinin Yusuf Laval və Emin Mahmudovu qeyd edərdim. İlk qolu buraxandan sonra 17 dəqiqə ərzində meydanda yalnız bir komanda var idi".
Onun sözlərinə görə, "Makkabi"nin əsas məqsədi qrupa düşməkdir:
"Bunun üçün hər şeyə hazırıq. İsraildəki matçda heç bir komanda dincəlməyəcək. Bütün fikirlərimiz cavab görüşündədir".
Bizim.Media
- A-
- A
- A+
İdman
23:20 / 19.08.2021
Baş məşqçi: “Neftçinin birinci qolu fantastik idi”
Hazırda oxunan: Baş məşqçi: “Neftçinin birinci qolu fantastik idi”
Hazırda oxunan: Baş məşqçi: “Neftçinin birinci qolu fantastik idi”
33431
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.