Ərdoğan Türkiyədə baş verən fəlakətlərdən danışdı 

Hazırda oxunan: Ərdoğan Türkiyədə baş verən fəlakətlərdən danışdı 

0:00
0:00
33418

"Türkiyədəki yanğınların bir qisminin terror təşkilatlarının qəsdən törətmə şübhəsilə bərabər təbii amillərin də rol oynadığı hallarla qarşılaşdıq". 

Bizim.Media xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Nazirlər Kabinetinin növbəti iclasından sonrakı açıqlamasında bildirib. 

R.T.Ərdoğan deyib ki, Türkiyə bir müddətdir məruz qaldığı quraqlıq, sel, yanğın fəlakəti ilə üz-üzədir:  

"Yanğın 4 həftəyə yaxındır 54 vilayətdə 150 min hektara öz təsirini göstərib. Təkcə Antalyada 82 min hektar ərazi yararsız hala düşüb". 

Yanğın fəlakətində dəstək verən ölkələrə bir daha təşəkkür edən Türkiyə Prezidenti Kahramanmaraşda təyyarə qəzasında həlak olan Rusiya və Türkiyə vətəndaşları, eləcə də yanğınlar zamanı həyatını itirən digər vətəndaşlara görə təəssüfləndiyini ifadə edib, yaxınlarına başsağlığı verib. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin