AZAL-ın prezidenti Cahangir Əsgərov Qarabağın hava məkanından DANIŞDI - VİDEO

Hazırda oxunan: AZAL-ın prezidenti Cahangir Əsgərov Qarabağın hava məkanından DANIŞDI - VİDEO

33370

“Azərbaycanın işğal olunan ərazilərindəki hava məkanı 30 il ərzində daxili və xarici uçuşlar üçün qapalı olub. Bu illər ərzində Qarabağdakı mülki aviasiya infrastrukturu dağıdılıb.

Bu gün Qarabağda beynəlxalq standartlara uyğun aeronaviqasiya təminatının bərpası Azərbaycanın çiyinləri üzərinə düşür” deyən AZAL-ın prezidenti Cahangir Əsgərov Qarabağ səmasının beynəlxalq mülki aviasiya üçün yenidən açılmaqda olduğunu diqqətə çatdırıb.

Bizim.Media xəbər verir ki, açıqlamasının davamında AZAL-ın prezienti Cahangir Əsgərov bildirib ki, Qarabağ üzərindəki hava məkanı ilə bağlı AZANS qarşısında olduqca ciddi və genişmiqyaslı vəzifələr durur:

“Mütəxəssislərimiz tərəfindən aeronaviqasiya sisteminin tətbiqi, ICAO və EUROCONTROL təşkilatlarının tələblərinə əsasən sertifikatlaşdırmadan keçmək, beynəlxalq hava dəhlizlərinin hazırlanması və müvafiq aeronaviqasiya məlumatlarının beynəlxalq aviasiya məlumatları bazasında dərc edilməsi üzrə genişmiqyaslı infrastuktur layihələri həyata keçirilir.
 

MÖVZU İLI BAĞLI:

Yarım ildə Azərbaycanda tikilən YENİ AEROPORT – FOTO 


Sadalananlar azad edilmiş ərazilərdə hava nəqliyyatı şəbəkəsinin inkişaf etdirilməsi üçün zəruri olan mühüm ilkin addımlardır.

Xatırladım ki, dövlət başçısının tapşırığı ilə Qarabağda – Füzuli, Zəngilan və Laçın rayonlarında üç beynəlxalq hava limanının tikintisi işləri aparılır. Yeni hava limanlarının əlverişli coğrafi mövqeyi ölkəyə beynəlxalq nəqliyyat logistikası və turizm potensialının açılması üçün geniş imkanlar yaradır.

Hazırda Prezident İlham Əliyevin tapşırığına əsasən, uçuşların aeronaviqasiya təminatı üçün radiotexniki avadanlığın, bütün ərazi üzərindəki səmada mülki hava gəmilərini müşahidə etmək üçün ilkin və təkrar radiolokasiya sistemlərinin fəal tətbiqi həyata keçirilir.
 

Füzulidəki beynəlxalq hava limanında ICAO standartlarına uyğun olaraq hava hərəkətini idarəetmə qülləsinin tikintisi, uçuşların təhlükəsizliyinin təmin edilməsi üçün aeronaviqasiya avadanlıqlarının və aviasiya meteoroloji sistemlərin quraşdırılması başa çatdırılmışdır.


Azad edilmiş Qarabağda “Azəraeronaviqasiya”nın fəaliyyətinin növbəti mərhələsi Zəngilan və Laçındakı hava limanlarında naviqasiya sistemlərinin inşası və tətbiqi olacaqdır.

Biz yuxarıda sadalanan plan və layihələri həyata keçirməklə azad edilmiş ərazilərin inkişafı proqramında iştirak etməkdən böyük qürur hissi keçiririk. Yaxın gələcəkdə nüfuzlu aviasiya peşələrinə yiyələnmək və təlim keçmək üçün tarixi yaşayış yerlərinə qayıdan əhalini cəlb etmək niyyətindəyik. Bu həmçinin yaxın vaxtlarda bizim prioritet istiqamətlərimizin siyahısında yer alır”. (1news.az)

Bizim.Media 
 

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin