Dağıstanda polis rəisi terroristlərlə əlbir olub

Hazırda oxunan: Dağıstanda polis rəisi terroristlərlə əlbir olub

3336

Dağıstan İstintaq orqanları RF DİN-in Kizlyar rayonu üzrə bölməsinin rəisi, polis polkovniki Qazi İsaevi 2010-cu ildə Moskvada baş verən terror aktlarında ittiham edib.

Bizim.Media “RİA Novosti”-yə istinadən xəbər verir ki, bu barədə RF İstintaq Komitəsi məlumat yayıb.

Bildirilir ki, o, 2009-2010-cu illərdə “Qafqaz Əmirliyi”nin üzvü olub və polisin işi barədə terrorçulara məlumat ötürüb.

Polis rəisi həmçinin, Moskva metrosunu partladan intiharçı qadını Kizlyar avtovağzalına özü şəxsən aparıb.

Xatırladaq ki, “Lubyanka” və “Park Kulturı” metro stansiyaları arasında baş verən terror nəticəsində 39 nəfər həlak olub, 100 nəfərdən çox insan yaralanıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin