Əfqanıstanda savaşın 2-ci “raundu” – Talibana qarşı üsyan uğur qazana biləcəkmi?

Hazırda oxunan: Əfqanıstanda savaşın 2-ci “raundu” – Talibana qarşı üsyan uğur qazana biləcəkmi?

33357

Əfqanıstanda mərkəzi hakimiyyət Talibanın əlinə keçsə də, qruplaşma hələ də ölkə üzərində tam nəzarət qurmağa müvəffəq ola bilməyib. Belə ki, bir sıra bölgələrdə taliblərə qarşı ciddi müqavimət hərəkatı davam etməkdədir. 

Bu cür əyalətlərdən biri də, ölkənin şimalında yerləşən Pənçşir bölgəsidir. Burada müavimət hərəkatına Əfqanıstanın keçmiş müdafiə naziri Əhməd Şah Məsudun oğlu Əmrullah Saleh başçılıq edir.

Xatırladaq ki, Əhməd Şah Məsud da məhz Talibana qarşı əldə etdiyi uğurlarla məşhurlaşmışdı.
 

MÖVZU İLƏ BAĞLI:

Taliban nümayişçilərə atəş açdı – Ölən və yaralananlar var


Qeyd edək ki, Talibana qarşı müqavimətin mərkəzinə çevrilən Pənçşir əyaləti taciklərin və həzəraların kompakt yaşadığı bölgədir. Fərqli məzhəbə və etnik qrupa mənsub olan bu iki xalqın nümayəndələri isə ortaq düşmənə qarşı birlikdə mübarizə aparmağa davam edirlər.

Əsas maraq doğuran sual isə, Əmrullah Salehin Taliban qarşısında yetərli dəstəyinin olub-olmamasıdır.

Əfqanıstan daxilində Salehin çağırışına dəstəyin gələcəyi heç də az ehtimal hesab olunmamalıdır. Belə ki, həm Taliban hakimiyyətindən narazı olan əhalinin sayının az olmaması, həm də Talibanın hər nə qədər özünü “İslam Əmirliyi” kimi qələmə versə belə milliyyətçi ideologiyasının güclü olması səbəbindən Salehə lazımi dəstək verilə bilər.

Xüsusilə də, Əfqanıstanda yaşayan etnik azlıqlar və Talibanın əksinə şiə məhzəbinə etiqad edənlər Şah Məsudun oğluna mübarizədə dəstək göstərə bilərlər. Doğrudur, Şah Məsudun oğlu tacik əsilli süni məzhbinə mənsub olsa da, şiə etiqadlı həzəraların da etimadını qazandığı üçün bu iddianın reallığa dönüşməsi mümkündür.

Bundan əlavə, Əfqanıstanda fəaliyyət göstərən çoxsaylı terror qruplaşmaları da Talibanla mübarizə şəraitindədir və ortaq düşmənə qarşı nüfuzlu liderin ətrafında birləşmələri az ehtimal olsa da reallaşa bilər.

Talibana qarşı xarici dəstək

Lakin ABŞ-ın illərdir dəstəklədiyi Kabil hökumətini bir neçə həftə ərzində məğlub etməyi bacaran və həyatlarını savaşlarda keçirən taliblərə qarşı xaricdən dəstək almadan uğur qazanmaq o qədər də mümkün görünmür. Buna baxmayaraq Taliban hakimiyyətinin leqallığını qəbul etmək istəməyən böyük oyunçular Salehi mübarizədə yalnız buraxmaya bilərlər. 

Bunlardan ilk olaraq Rusiyanın adını çəkmək olar. Belə ki, Moskva Talibanla dialoq yaratsa da, “B” planının olduğunu da gizlətməyib.
 

Eyni zamanda Rusiya Əfqanıstanla sərhəd olan KTMT müttəfiqlərinin təhlükəsizliyini təmin etmək məqsədilə regionda hərbi təlimlərini də davam etdirir. Yəni, Taliban Kremlin maraqlarına zidd hərəkətlərə yol verərsə, yaxud da KTMT ölkələrinə təhdid yaradarsa Rusiya qruplaşmalara qarşı özü və ya Mərkəzi Asiyadakı müttəfiqləri vasitəsilə Salehə dəstək verə bilər.


Əmrullah Salehə İrandan da dəstək gəlməsi mümkündür. Ona görə ki, hər nə qədər məsələyə neytral yanaşsa belə, məzhəb ayrılıqları səbəbindən rəsmi Tehranla Taliban arasında da münasibətlər heç də yolunda getmir. Bu səbəbdən də, etnik olaraq farslara yaxın olan tacik liderə İran lazımi kömək göstərə bilər. 

Ümumilikdə isə, Əfqanıstandakı vəziyyət ölkədəki savaşların Talibanın gəlişi ilə səngiməyəcəyini göstərir. Belə olan halda isə, əfqan xalqına hələ bir müddət də təhlükəsiz həyat görmək müəssər olmayacaq.

Murad Əhmədov, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin