“Aşura ayinlərində qanla keçən virusların (Hepatit, HIV-QİÇS) yayılma məsələsi belədir:
Əgər özlərinə ziyan yetirdikləri qan bulaşmış bir qılıncdan ikinci adam da istifadə edərsə, o zaman xəstəliyin yayılma ehtimalı ola bilər. Misal üçün, qılıncdan əlavə zəncir vururlar.
Zəncir və qılıncların yuyulıma məsələsində yalandan suyun altına qoyaraq şappa-şap yuyurlar. Elə bilirlər ki, bu təmizləndi. Bu təmizlənmir axı”.
Bu sözləri Bizim.Media-ya açıqlayan həkim-terapevt Rasif Bağırov bildirdi ki, su ilə yuyulan ayin əşyaları təmiz görünsə də, eritrositlər qalır:
“Həmin qılınc, zənciri ikinci adama verirlər. İkinci adam da başlayır tappa-tap özünü şülküt eləməyə və bir də görürsən ki, həmin o virus keçdi də. Əlbəttə ki, bu formada keçmək ehtimalı daha çox olur”.
MÖVZU İLƏ BAĞLI:
“Məhərrəmliyin nə İslama, nə də Qurana dəxli var” – İlahiyyatçıdan SENSASİON açıqlama
Bəs başqalarını yoluxdurmadan əlavə, belə ayinlərdə fəal iştirak edənlər öz sağlamlıqlarına nə kimi ziyan vurmuş olur?
“Əslində bu, onların mənəvi sağlamlığına ziyandır. Qan çıxmaq və s. bu bir yana, sadəcə özlərini mənəvi cəhətdən öldürürlər ki, XXI əsrdə dünya hara gedir, bunlar hara? Təsadüfən biri götürüb öz başına lap bərk vura bilər, başın ortasında isə sagittal cib var.
Onun da içərisi qanla doludur. Allah göstərməsin, qılınc o hissəyə bir balaca müdaxilə etmiş olsa, həmin adamın qanaxmasının qarşısını almaq olmur və xəstə qısa zamanda tələf olub gedir”.
Anar Rəhimov, Bizim.Media