Taliban Əfqanıstanda 3 qadın qubernatoru saxladı - DETALLAR - VİDEO

Hazırda oxunan: Taliban Əfqanıstanda 3 qadın qubernatoru saxladı - DETALLAR - VİDEO

33328

Əfqanıstanda Taliban əleyhinə silah götürən ilk qadın qubernatorlardan Salima Mazari nəzarətə götürülüb. Onun hazırkı vəziyyəti haqqında heç nə məlum deyil.

Bizim.Media xəbər verir ki, bu haqda informasiyanı “Times of India” nəşri Əfqanıstan mətbuatına istinadən yayıb.

Salima Mazari Əfqanıstanın üç qadın qubernatorundan biridir. Ölkənin bir çox əyaləti, demək olar ki, heç bir döyüş olmadan Taliban tərəfinə keçib. Səlimə Bəlx əyalətindəki Chahar Kint bölgəsini müdafiə etmək üçün hər şeyi edib. Payıza qədər Chahar Kint bu bölgədə terrorçu qrupların əlinə keçməyən və bir qadının nəzarətində olan yeganə bölgə olub.
 

MÖVZU İLƏ BAĞLI:

“Taliban” liderindən siyasi məhbuslarla bağlı GÖSTƏRİŞ


Mazari Talibanla mübarizə üçün könüllüləri işə götürüb və onlara təlim keçib.

Xatırladaq ki, Mazari İranda anadan olub. Ailəsi 1970-ci illərdə Əfqanıstandan qaçıb. Tehran Universitetini bitirib, sonra universitetlərdə çalışıb. 2018-ci ildə Chahar Kintin qubernatoru vəzifəsinə namizəd olub.

Taliban əleyhinə çıxışları ilə tanınan Mazari bir vaxtlar demişdi ki, Taliban ölkəni ələ keçirərsə, qadınlara bu ölkədə yer olmayacaq:

“Taliban tərəfindən nəzarət edilən əyalətlərdə, hətta şəhərlərdə artıq qadın yoxdur. Hamısı evlərində həbsdədirlər”.

Yerli məlumatlara görə, hər üç Əfqan qadın qubernator nəzarətə götürülüb.

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin