Dövlətimizin sərhəd qurumunun İNKİŞAF YOLU – FOTO-VİDEO

Hazırda oxunan: Dövlətimizin sərhəd qurumunun İNKİŞAF YOLU – FOTO-VİDEO

33228

Müstəqil Azərbaycanın ilk sərhəd - Yalama Əlahiddə Nəzarət Buraxılış məntəqəsi 1992-ci il iyun ayının 16-da Rusiya ilə sərhəddə yaranıb. Məntəqənin rəisi o vaxtkı baş leytenant, indi DSX rəisi olan general-polkovnik Elçin Quliyev olub.

16 nəfərlik şəxsi heyət Samur çayı üzərində primitiv dəmir vaqonlarda xidmətə başlayıb.

Şimalda"Sadval"ın at oynatdığı, ərazimizə torpaq iddiası olduğu bir dövrdə müstəqil Azərbaycanın ilk sərhədçiləri dövlət sərhədini qorumaqla yanaşı separatizmə, hərc-mərcliyə qarşı digər dövlət qurumları ilə birgə mübarizə aparırdılar.

İllər ötdükcə müstəqil, gənc dövlətimizin gənc sərhəd qurumu da mütəşəkkil şəkildə inkişaf yolu keçməyə başladı. Ümummlilli liderimiz Heydər Əliyevin  rəhbərliyilə ciddi dönüş yaşayan Azərbaycanın Sərhəd Qurumu ölkə boyu dövlət sərhədinin etibarlı təminatı üçün ən əvvəl maddi-texniki bazanın gücləndirilməsinə başladı.

1998-ci ildə ANS televiziyasında işə başlayandan sonra qurumun Rusiya ilə sərhəddə açılan bütün obyekt, zastava, keçid məntəqələrinin istifadəyə verilməsində iştirak etmişəm və yenilikləri gözümlə görmüşəm.
 

MÖVZU İLƏ BAĞLI:

102 yaşlı Sərhəd Mühafizəsi


Tarixi qələbəmizdən sonra azad edilən Qarabağda 2021-ci ildə çox Novruz tonqalları qalanıb. Deyərdim ki, 44 günlük Vətən Müharibəsindən sonra əzəli Qarabağımızda ilk bayram tonqalını Azərbaycan sərhədçisi qalayıb. 2021-ci il yanvar ayının 5-6-da Dövlət Sərhəd Xidmətinin jurnalistlər üçün Zəngilana təşkil edilən infoturda mən də vardım.

Yanvarın 5-i axşam saat 20-də Zəngilanın Məlikli sərhəd komendantlığının qarşısında bir tonqal qalanmışdı ki, gəl görəsən, çarçıltısı ətrafa yayılırdı.

Hörmətli DSX rəisi, general-polkovnik Elçin Quliyev tonqal başında tarixi qələbəmizin məhz  Azərbaycan Silahlı Qüvvələrinin Ali Baş Komandanı İlham Əliyevin uzaqgörənliyi  və Şanlı Ordumuzun şücaəti sayəsində qazanıldığını bizlərə danışdı:

“Möhtərəm Prezidentimiz İlham Əliyev qələbəmiz üçün mümkün olan hər şeyi etməklə yanaşı, mümkün olmayan hər şeyi də etdi. Azərbaycan xalqı bu möhtəşəm qələbə sevincini məhz möhtərəm liderinin qətiyyəti, Şanlı Ordusunun gücü, rəşadətli oğullarının qanı hesabına yaşadı".

İllər keçdikcə Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyilə Dövlət Sərhəd Xidməti bütün ölkə boyu quru, hava, su sərhədlərinin mühafizəsini gücləndirərək dünya dövlətləri sırasında öz sözünü deməyə başladı. Və nəhayət, 30 illik səbrdən sonra Ali Baş Komandanımız İlham Əliyevin nankor qonşumuz Ermənistanla müharibə əmrinə də Silahlı Qüvvələrimizin bütün qoşun növləri kimi Sərhəd Xidməti də böyük həvəslə qoşuldu və  müharibənin ilk günündən Azərbaycan  sərhədçiləri qəhrəmanlıqla vuruşmağa başladılar. 
 

Azərbaycan-İran sərhədinin 132 km-lik hissəsinin, Füzuli, Cəbrayıl, Zəngilan, Qubadlı rayonlarının, Hadrut qəsəbəsinin, Şuşa şəhərinin alınmasında sərhədçilər xüsusi şücaət göstəriblər.


24 saat ərzində 105 km məsafədə Azərbaycan sərhədçiləri düşmənə ağır zərbələr endiriblər. Ali Baş Komandan İlham Əliyevin bütün tapşırıqlarını sərhədçilər layiqincə yerinə yetiriblər.

Vətən Müharibəsində Dövlət Sərhəd Xidməti 47 igidini qurban verib. 

18 avqust-Azərbaycan Sərhəd Xidmətinin yaranması günündə həmin şəhidlərimizin ruhu qarşısında baş əyirəm. Ruhları şad olsun!

Peşə bayramları münasibətilə bütün sərhədçiləri, başda 29 ildir şəxsən tanıdığım DSX rəisi, general-polkovnik Elçin Quliyevi təbrik edirəm.

“Vətən sərhəddən başlayır” kəlamını bizə sevdirənlərin günü mübarəkdir.

Xatırladaq ki, bu gün Azərbaycan Azərbaycan Sərhəd Mühafizəsinin yaranmasından 102 il ötür. 

Aytəkin Alxaslı, Bizim.Media
















 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin