İbrahim Borçalının xanımı: "Öldüyü yerdə şüşə qırıntılarını yığdım" - VİDEO

Hazırda oxunan: İbrahim Borçalının xanımı: "Öldüyü yerdə şüşə qırıntılarını yığdım" - VİDEO

33166

"Pandemiya ilə əlaqədar yollar bağlandı. Gürcüstanda qalası oldu. Mən özüm dedim ki, get əmilərinin, anamın yanında rahat otur. 4 ay yarım, sonra gələnə yaxın da bu hadisə oldu. Qonşu uşağın yanında maşında otur, rayona get, heç nədən oldu, Allahın işidir. Verən də, alan da Allahdır".

Bizim.Media xəbər verir ki, bu sözləri müğənni İbrahim Borçalı oğlu Rəhimin ölümü ilə bağlı danışarkən deyib.  

İfaçının xanımı isə oğlunun ölüm anlarını belə xatırlayıb:

"Bakıda olarkən bilmirdim, rəhmətə getdiyini. Gürcüstana gələnə qədər dedilər komadadır. Gəldik bura və hər şeyi bildim, onda da artıq gec idi. Bir ana üçün dünyada bundan betər faciə yoxdur. 

"Xahiş etdim atasından ki, mən istəyirəm görüm oğlumuz son nəfəsini harada tapşırıb. Götürdü məni, getdim. Yerdəki daşlarda sınıq şüşə qırıqlarını yığdım". 

Qeyd edək ki, Rəhim ötən il iyulun 18-də Gürcüstanda avtomobil qəzasından vəfat edib.

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin