“Kanada Taliban hərəkatını Əfqanıstanın qanuni hökuməti olaraq tanımaq niyyətində deyil”.
Bizim.Media “TASS”a istinadla xəbər verir ki, bu açıqlama ilə Kanadanın Baş naziri Castin Trudo çıxış edib.
MÖVZU İLƏ BAĞLI:
Əfqanıstanın birinci vitse-prezidenti özünü ölkənin müvəqqəti başçısı elan etdi
Baş nazir bildirib ki, Kanada Talibanı Əfqanıstan hökuməti olaraq tanımaq fikrində deyil:
"20 il əvvəl “Taliban” hakimiyyətdə olanda da Kanada onları tanımayıb”,-deyə Trudo xatırladıb.
Qeyd edək ki, “Taliban” 15 avqustda Kabilə döyüşsüz daxil olaraq, Əfqanıstanın paytaxtını nəzarətə götürüb.
Bizim.Media