"Dövlət Sərhəd Xidmətinin döyüş bayraqları və sərhəd hərbi dəniz bayraqları haqqında Əsasnamə"yə dəyişiklik edilib.
Bizim.Media xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev “Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin döyüş bayraqları və sərhəd hərbi dəniz bayraqları haqqında” fərmanında dəyişiklik edilməsi barədə fərman imzalayıb.
Dəyişikliklə “Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin döyüş bayraqları və sərhəd hərbi dəniz bayraqları haqqında Əsasnamə”nin 2-ci hissəsinə “Çevik Hərəkət Qüvvələri,” sözlərindən sonra “Xüsusi Hava Əməliyyatları Qüvvələri,” sözləri əlavə edilib.
MÖVZU İLƏ BAĞLI:
Prezident DSX-nın hərbi qulluqçularını və mülki işçilərini təltif etdi – SİYAHI
Bundan əlavə, “Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin döyüş bayraqlarının təsviri” üzrə aşağıdakı bəndlər əlavə edilir:
5.3-1. Xüsusi Hava Əməliyyatları Qüvvələrinin döyüş bayrağında – “Dövlət Sərhəd Xidməti Xüsusi Hava Əməliyyatları Qüvvələri”;”;
“5.6-1. Qubadlı Əlahiddə sərhəd diviziyasının döyüş bayrağında – “Dövlət Sərhəd Xidməti Sərhəd Qoşunları Qubadlı Əlahiddə Sərhəd Diviziyası”;
5.6-2. Qazax Əlahiddə sərhəd diviziyasının döyüş bayrağında – “Dövlət Sərhəd Xidməti Sərhəd Qoşunları Qazax Əlahiddə Sərhəd Diviziyası”.
Bizim.Media