Şəxsi avtomobildə maska taxılmalıdırmı? - AÇIQLAMA

Hazırda oxunan: Şəxsi avtomobildə maska taxılmalıdırmı? - AÇIQLAMA

3310

Sürücü ailə üzvləri ilə birgə şəxsi maşınında hərəkət edirsə, tibbi maskadan  istifadə edilməsi Bakı Şəhər  Dövlət Yol Polisi tərəfindən tövsiyyə olunur. Amma qaydanı pozmaq kimi nəzərə alınmır.

Bu fikirləri Bakı Şəhər Baş Polis İdarəsi (BŞBPİ) Dövlət Yol Polisinin bölmə rəisi, polis polkovniki Vaqif Əsədov Bizim.Media-nın ailə üzvləri ilə birgə gedən sərnişlərə maskadan istifadə etmədiklərinə görə  cərimə yazılmalıdır? sualına cavab olaraq səsləndirib.

Nazirlər Kabineti yanında Operativ Qərargahın verdiyi qərarında açıq havada və qapalı məkanda tibbi maskalardan istifadə etmək məcburi olduğu deyilir.

Ona görə bu  məsələni müzakirə etmək lazım deyil: “Mən istəmirəm ki, siz deyəsiz ki, yol polisi cərimə yazacaq. Burada bizim fikir və məqəsədimiz  cərimə yazmaq deyil. Bir halda ki, ictimai nəqliyyat vasitələrində sürücü və sərinişlərin maskadan istifadə etməsi məscburidirsə, şəxsi avtomobilində ailə üzvləri ilə hərəkət edən vətəndaşlar görüntü xətrinə də olsa maskalardan istifadə etsələr yaxşı olardı''.

''Başqaları da onlara baxıb maskanın istifadəsinin vacib olduğunu anlasınlar. Vətəndaş deyə bilər ki, sərnişinlər onun ailə üzvüdür. Mən hardan bilim ki, həqiqətdə bu belədir? Bunu müəyyən etmək  bəzən çətin olur."

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin rəisi, polis polkovniki Ehsan Zahidov isə bildirir ki, maska taxmamaqla bağlı cərimələr qanunidir.

''Tutduğu vəzifəsindən aslı olmayaraq hamı maska taxmalıdır: “Vətəndaş öz avtomobilində ailə üzvü ilə birgə maska taxmayıbsa ona yazılan protokoldan şikayəti varsa, BŞDYP və DİN-nin qaynar xəttinə zəng edə bilərlər”, - deyə qeyd edib.

Gülşanə Mustafayeva, Bizim.Media


 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin