Prezident İlham Əliyev "Əlilliyi olan şəxslərin hüquqları haqqında” qanuna dəyişiklik edilməsi barədə qanunu təsdiqləyib.
Bizim.Media verir ki, qanunda olan dəyişikliklərə əsasən "əlillik dərəcəsi” sözlərinin "insan orqanizminin funksiyalarının itirilməsi faizi” sözləri ilə, "I və II dərəcə əlilliyi olan” sözləri "orqanizmin funksiyalarının 61-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş” sözləri ilə əvəz edilib.
Qanuna dəyişikliyə əsasən, əlillik dərəcəsinin təyin edilməsi yeni qaydalar əsasında keçiriləcək. Belə ki, artıq I, II və III qrup kimi əlillik göstəricisi olmayacaq.
Əlillik dərəcəsi orqanizmin funksiyasını itirmə dərəcəsinə görə, yəni faizlə müəyyən ediləcək.
Qeyd edək ki, əvvəlki anlayışla müqayisədə orqanizmin funksiyasının 30-60 faiz itirilməsi III qrup, 60-80 faiz itirilməsi II qrup, 80-100 faiz itirilməsi isə I qrup hesab olunacaq.
Bizim.Media
- A-
- A
- A+
Siyasət
17:20 / 17.08.2021
Əlillik dərəcələri ləğv edildi, bundan sonra… – SƏRƏNCAM
Hazırda oxunan: Əlillik dərəcələri ləğv edildi, bundan sonra… – SƏRƏNCAM
Hazırda oxunan: Əlillik dərəcələri ləğv edildi, bundan sonra… – SƏRƏNCAM
33096
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.