Çağırışçılara hərbi bilet satan vəzifəli şəxslər ifşa edildi - TƏFƏRRÜAT

Hazırda oxunan: Çağırışçılara hərbi bilet satan vəzifəli şəxslər ifşa edildi - TƏFƏRRÜAT

33071

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Bakı şəhər Sabunçu rayon idarəsinin vəzifəli şəxslərinin qanunsuz əməllərinə dair həmin Xidmətdən daxil olmuş material üzrə Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində cinayət işi başlanaraq ibtidai istintaqı aparılır.

Baş Prokurorluqdan Bizim.Media-ya verilən məlumata görə, istintaqla Babayev Rövşən Əlixan oğlunun 08.11.2016-cı il tarixdən 08.05.2019-cu il tarixədək müddət ərzində SHXÇDX-nin Bakı şəhər Sabunçu rayon idarəsinin rəisi vəzifəsində işləyərkən idarənin Həqiqi hərbi xidmətə çağırış şöbəsinin baş zabiti Hüseynov Yaşar Ağahüseyn oğlu (hazırda SHXÇDX-nin Xəzər rayon idarəsinin şöbə rəisi) və digər şəxslərlə birgə qanuni əsaslar olmadan 11 şəxsin hərbi xidmətə yararsız hesab edilməsi müqabilində müxtəlif məbləğdə pul vəsaitini rüşvət qismində alması, vəzifə səlahiyyətlərindən sui-istifadə, habelə vəzifə saxtakarlığı etməsinə əsaslı şübhələr müəyyən edilib.

Rövşən Babayev və Yaşar Hüseynova müxtəlif maddələrlə ittiham elan edilib.

Prokurorluğun təqdimatı əsasında məhkəmə tərəfindən Rövşən Babayev barəsində həbs, Yaşar Hüseynov barəsində isə vəzifədən kənarlaşdırma, eləcə də istintaq orqanının qərarı ilə polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin