Koronavirusa yoluxan şəxs ət satarkən saxlanıldı

Hazırda oxunan: Koronavirusa yoluxan şəxs ət satarkən saxlanıldı

3304

Masallı Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdiyi müvafiq tədbirlərlə COVİD-19 infeksiyasına yoluxmuş rayon sakininin yaşayış yerini tərk edərək işlədiyi ət satışı dükanında olduğu müəyyən edilib.

DİN Mətbuat Xidmətinin Lənkəran regional qrupundan Bizim.Media-ya verilən məlumata görə, Masallı rayonunun Ərkivan qəsəbə sakini Mösüm Kazımova ev şəraitində müalicə təyin edilib və yaşayış yerini tərk etməməsi tapşırılıb.

Lakin Masallı Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdiyi müvafiq tədbirlərlə həmin şəxsin yaşayış yerini tərk etdiyi müəyyən edilib və o işlədiyi Ərkivan qəsəbəsində yerləşən ət dükanında aşkarlanıb.

M.Kazımov polis əməkdaşları tərəfindən nəzərdə tutulmuş qaydalara uyğun olaraq dərhal təcili tibbi yardım vasitəsilə yaşadığı evə aparılıb.

İşlədiyi mağaza isə Qida təhlükəsizliyi İdarəsinin əməkdaşları və Gigiyena və Epidemiologiya İdarəsinin əməkdaşları tərəfindən baxış keçirildikdən sonra bağlanılıb.

Həmin şəxsin törətdiyi əmələ hüquqi qiymət verilməsi üçün Masallı RPŞ-nin İstintaq Bölməsində araşdırmalar aparılır.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin