Etna vulkanının hündürlüyü 30 metr artdı - SƏBƏB

Hazırda oxunan: Etna vulkanının hündürlüyü 30 metr artdı - SƏBƏB

33007

İtaliyadakı Etna vulkanının hündürlüyü 30 metr artıb.

Bizim.Media xəbər verir, Avropanın ən hündür və aktiv vulkanı sayılan Etnada son dövrlər baş verən şiddətli püskürmələr hündürlüyündə dəyişikliyə səbəb olub.

İtaliyanın Milli Geofizika və Vulkanologiya İnstitutu (INGV) Etnadakı son dəyişiklikləri açıqlayıb. Məlumata görə, güclü partlayışlardan sonra vulkanın hündürlüyü təxminən 30 metr artıb.

Etnanın hündürlüyünün artmasına cari il fevralın 6-dan bu vaxtadək cənub-şərq kraterində baş verən, təxminən 50 püskürmə səbəb olub.

Qeyd edək ki, Etnanın 4 kraterindən ən aktivi cənub-şərq krateri dəniz səviyyəsindən 3357 metr hündürlükdədir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin