2020-ci ilin əvvəlindən etibarən “Taliban” yaraqlıları Əfqanıstan hərbi qulluqçuları ilə əllərində olan silahları təhvil vermək, təslim olmaq və ya pul müqabilində fərarilik etmək barədə gizli şəkildə danışıqlar aparıblar.
Bizim.Media xəbər verir ki, bu barədə informasiyanı “The Washington Post” nəşri yayıb.
Mənbələr Əfqanıstan rəsmilərinin elan etdiyi atəşkəs razılaşmalarının sövdələşmələr olduğu ortaya çıxıb.
Əslində, “Taliban” liderləri "hökumət qüvvələrinə silahlarını təhvil verməsi müqabilində pul təklif ediblər".
2020-ci ilin əvvəlindən etibarən “Taliban” Əfqanıstanın əyalət rəhbərləri və digər rəsmilərlə bu cür müxtəlif müqavilələr bağlayıb. Bu sövdələşmələr “Taliban”ın ölkənin bir çox əyalətlərinə nəzarəti ələ keçirməsinə köməklik edib.
Bəziləri sadəcə pul almaq istəyib, digərləri isə Əfqanıstanın taliblərin əlinə keçəcəyinə əmin olduqlarından hərəkatın əleyhdarlarının yanında olmaq qərarına gəlib. Bir çox polis məmuru aylarla maaş almadıqlarından şikayətlənib.
ABŞ 2020-ci ilin fevralında “Taliban”la sülh müqaviləsi imzalayanda Əfqanıstan silahlı qüvvələri artıq yaraqlılarla mübarizədə Amerika tərəfinin fəal köməyinə arxalana bilməyəcəklərini hiss edərək təslim olmağa başlayıblar.
Bizim.Media