Pakistanda müstəqillik günündə faciə - 13 nəfər ölüb, yaralılar var

Hazırda oxunan: Pakistanda müstəqillik günündə faciə - 13 nəfər ölüb, yaralılar var

32747

Pakistanın cənubundakı Kəraçi şəhərində yük maşınında partlayış olub.

Bizim.Media xəbər verir ki, məlumatı “Geo TV” telekanalı yayımlayıb.

Hadisə nəticəsində 13 nəfər həlak olub, daha 10 nəfər xəsarət alıb.

Polisin məlumatına görə, hadisə zamanı qumbara istifadə edilib. Bunu partlayıcı vasitənin hadisə yerində aşkar edilmiş qalıqları göstərir.

"Biz konkret deyə bilmirik ki, hücumun arxasında kim dayanır. Bu, ailə münaqişəsi də ola bilər. Biz onun ailə münaqişəsi və ya terror aktı olmasını müəyyənləşdirməyə çalışırıq. Amma hələ sübut yoxdur, dəqiq nəsə demək olmaz, -deyə polis rəsmisi İmran Yaqub deyib.

O qeyd edib ki, Müstəqillik Gününün qeyd edilməsi ilə əlaqədar küçələrədə insan çox olub.

Hazırda polis qumbaranın yük maşınının içində olduğunu və ya onun avtomobilə atıldığını müəyyən etməyə çalışır.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin