Ağdam Azərbaycanın 4-cü ən böyük şəhəri olacaq - Prezidentin xüsusi nümayəndəsi

Hazırda oxunan: Ağdam Azərbaycanın 4-cü ən böyük şəhəri olacaq - Prezidentin xüsusi nümayəndəsi

32692

Ağdam Azərbaycanın 4-cü ən böyük şəhəri olacaq.

Bizim.Media xəbər verir ki, bunu Azərbaycan Prezidentinin Ağdam üzrə xüsusi nümayəndəsi Emin Hüseynov bildirib.

Onun sözlərinə görə, Ağdamda genişmiqyaslı bərpa işləri başlayıb:

"Artıq bu bərpa işləri ilə bağlı Baş plan təsdiq olunub və cənab Prezident tərəfindən ictimaiyyətə təqdim edilib. Hazırda bu planın reallaşdırılması istiqamətində xüsusi yaradılmış Əlaqələndirmə Qərargahı çərçivəsində sistemli şəkildə işlər gedir. Bütün bu işlərin nəticəsi olaraq həm Ağdamdan olan məcburi köçkünlər, həm də Ağdamın ölkənin 4-cü şəhəri olacağını nəzərə alsaq, burada yaşamaq istəyən digər Azərbaycan vətəndaşları tezliklə bu imkanı əldə edəcəklər. Bununla bağlı artıq müəyyən işlər gedir”.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin