"Ermənilər niyə Qarabağda qalmalıdır?" - Elman Nəsirovdan David Babayana CAVAB

Hazırda oxunan: "Ermənilər niyə Qarabağda qalmalıdır?" - Elman Nəsirovdan David Babayana CAVAB

32677

"Separatçıların qondarma xarici işlər naziri David Babayan bəyanatla çıxış edib. Onun bəyanatının mətni bir daha onu göstərir ki, separatçılar qarşılarına qoyduqları məqsədin utopiya olduğunun fərqindədirlər. Həm də etiraf etməyə başlayırlar ki, niyyətlərini reallaşdırmaq potensialı olduqca aşağıdır".

Bizim.Media-ya danışan millət vəkili Elman Nəsirov bildirdi ki, separatçıların əsas hədəfi erməniləri nəzarət edə bildikləri əraziyə köçürməkdir:

"Yaxud onların həmin ərazini kütləvi şəkildə tərk etməsinin qarşını almaq istəyirlər. Hər iki proses onların niyyətlərinin əksinə cərəyan edir. Əvvəla, Ermənistandan Qarabağa heç kim gəlmək istəmir. Hətta Ermənistanın özünü ədədi yox, həndəsi silsilə ilə əhalinin tərk edəcəyilə bağlı proqnozlar reallaşmaqdadır. Sadəcə pandemiyadan doğan məhdudiyyətlər bu prosesə bir az maneə yaradır.
 

MÖVZU İLƏ BAĞLI:

"Laçın dəhlizində postumuz qurulacaq..." – Bakı sentyabrın 27-si üçün nə planlaşdırır?


Qarabağda yaşayan ermənilər də qondarma rejimin qadağalarına baxmayaraq qaçmağa davam edirlər. 

Bunu Ermənistan rəhbərliyi də, separatçıların "lider"ləri də etiraf edirlər. Onlar ermənilərdəki ruh düşkünlüyünün qarşını almaq üçün tədbirlərin vacibliyini də vurğulayırlar. Bu isə boğulanın saman çöpündən yapışması anlamına gəlir. Hesab edirlər ki, təxribatlar yolu ilə, Azərbaycana qarşı informasiya müharibəsi aparmaqla onlar nəyəsə nail olacaqlar. Amma bunların hamısı cəfəngiyyatdır. 
 

Çünki ortada Azərbaycan Silahlı Qüvvələrinin Ali Baş Komandanının siyasi iradəsi var və xalq Prezidenti birmənalı şəkildə dəstəkləyir.


Və bizim yenilməz ordumuz var. Dəmir Yumruq yerindədir. Bütün bu reallıqlar fonunda erməni əhali niyə Qarabağda qalmalı, niyə də Ermənistanı tərk etməməlidir?"

Anar Rəhimov, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin