Saxta vaksin sertifikatı alanlar hər birimizin sağlamlığı üçün ciddi təhlükə yaradır.
Bizim.Media xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin mətbuat katibi Pərviz Abubəkirov deyib.
O bildirib ki, Azərbaycan vaksinasiyanın tətbiqinə başlayan ilk ölkələr sırasındadır:
“Dövlət vətəndaşların sağlamlığını qorumaq üçün vaksinlərin alınmasına külli miqdarda vəsait xərcləyir. Amma təəssüf ki, son vaxtlar saxta peyvənd sertifikatının verilməsi faktları da artıb. Bu isə yoluxma hallarının artmasına, bununla yanaşı dövlətin bu sahəyə ayırdığı pulların havaya sovrulmasına səbəb olur. Digər tərəfdən, peyvənd əleyhinə elmi əsası və sübutu olmayan fikirlərin yayılmasına gətirib çıxarır".
Şöbə müdiri qeyd edib ki, təkcə saxta sertifikat verən tibb işçiləri deyil, alan vətəndaşlar da cəzadan kənarda qalmamalıdırlar:
“Üstəlik, həmin insanlar KİV vasitəsi ilə də cəmiyyətə tanıdılmalıdır. Hamı bilməlidir ki, nə qədər çox insan peyvənd alsa, xəstəliyə yoluxanların sayı da bir o qədər az olacaq”.
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
13:43 / 14.08.2021
Saxta vaksin sertifikatı alanlarla bağlı Səhiyyə Nazirliyindən XƏBƏRDARLIQ
Hazırda oxunan: Saxta vaksin sertifikatı alanlarla bağlı Səhiyyə Nazirliyindən XƏBƏRDARLIQ
Hazırda oxunan: Saxta vaksin sertifikatı alanlarla bağlı Səhiyyə Nazirliyindən XƏBƏRDARLIQ
32662
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.