“Taliban” Əfqanıstanın Şarana şəhərini də nəzarətə götürdü

Hazırda oxunan: “Taliban” Əfqanıstanın Şarana şəhərini də nəzarətə götürdü

32659

“Taliban” hərəkatı Əfqanıstanın paytaxtı Kabildən 200 kilometr məsafədə yerləşən Paktika əyalətinin administrativ mərkəzi - Şarana şəhərinin nəzarətini tam ələ keçirdiyini elan edib.

Bizim.Media xarici KİV-lərə istinadla xəbər verir ki, bu barədə “Taliban” hərəkatının rəsmi nümayəndəsi Zabiullah Mücahid bildirib.

“İslam Əmirliyinin döyüşçüləri Paktika əyalətinin mərkəzi - Şarana şəhərinə daxil olub. Düşmənin bütün müdafiə sistemləri ələ keçirilib, administrasiya və hökumət binaları mühasirəyə alınıb”, - deyə o, “Twitter” hesabında yazıb.

Taliblər hökumət qüvvələrini silahı yerə qoyaraq təslim olmağa çağırıb.

Qeyd edək ki, Əfqanıstanda hökumət qüvvələri ilə kənd yerlərində əhəmiyyətli əraziləri ələ keçirən və böyük şəhərlər uğrunda döyüşlər aparan “Taliban” hərəkatı arasında qarşıdurma illərdir davam edir.

Ötən il sentyabrın 12-də Qətərin paytaxtı Dohada tərəflər arasında başlayan sülh danışıqları hələlik heç bir nəticə verməyib.

ABŞ və koalisiya qüvvələrinin Əfqanıstanı tərk etməsi fonunda “Taliban” hərəkatının silahlıları bütün cəbhə boyu irimiqyaslı hücum əməliyyatlarına başlayıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin